“Şəki” komandası doqquz basketbolçusu ilə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, bölgə təmsilçisi Tariel Yusifzadə, Məcid İsmayılov, Roti Veyr, Coş Robinson, Terens Hanter-Vitfild, Karl Conz, Tomi Lyuk, Pol Dibal və Adebayo Oduleye ilə vidalaşıb.
Ötən mövsüm komandada çıxış edən basketbolçulardan Şəki məktəbinin yetirmələri – Kamal İmamverdiyev, Tərlan Abduləzizov, eləcə də millinin üzvü Ərcan Donatla yeni müqavilə bağlanılıb.

