FİFA kişilərdən ibarət milli komandaların yeni reytinqini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin xalı 1142.25-ə çataraq 124-cü pillədən 123-cü yerə yüksəlib. Siyahının lideri İspaniyadır (1880.76 xal).
DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla eyni qrupda olan Fransa 3-cü, Ukrayna 27-ci, İslandiya isə 74-cü yerdədir.

