Azərbaycanlı futbolçu Vüsal İsgəndərli karyerasını Albaniyada davam etdirəcək.
Bu barədə oyunçu özü idmanxeber.az saytına məlumat verib. O, sözügedən ölkənin “Eqnatia” klubu ilə razılığa gəlib.
İsgəndərli yaxın vaxtda yeni klubu ilə müqavilə bağlayacaq.
Vüsal ötən mövsüm “Sumqayıt”da çıxış edib.

