07 İyun 2026
Ölkə futbolu

“Sabah” “qiymət oxudu”, “Qəbələ” geri çəkilir – ÖZƏL

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Qəbələ” klubu transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “qırmızı-qaralar” “Sabah”ın qapıçısı Nicat Mehbalıyevi rənglərinə bağlamaq istəyib. Klublar arasında danışıqlar olsa da, tərəflər razılığa gələ bilməyib.

Buna səbəb paytaxt təmsilçisinin “Qəbələ”dən yüksək məbləğdə təzminat istəməsi olub. Belə ki, “Sabah” Mehbalıyevə qarşılıq 150 min manat tələb edib.

Tərəflər arasında danışıqların davam edəcəyi bildirilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43