Bernardo Silva bu yay “Mançester Siti”ni tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçuya uyğun təklif gəlsə, rəhbərlik onu satacaq. Portuqaliyalı özünü yeni komandada sınamaq niyyətindədi.
Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 28 yaşlı Silva 2022/23 mövsümündə 55 oyunda 7 qol vurub və 8 məhsuldar ötürmə edib.

