“Milan” “Valensiya”nın yarımmüdafiəçisi Yunus Musanı transfer etmək üçün danışıqlara başlayıb.
İdmanxeber.az-ın məlumatıına görə, A Seriyası təmsilçisi 20 yaşlı amerikalı üçün 17 milyon avro təklif edib. Sövdələşmənin bonus hissəsi müzakirə olunur.
Musa “Arsenal”ın yetirməsidir. O, 2020-ci ildən “Valensiya”da çıxış edir. 2022/23 mövsümündə yarımmüdafiəçi komandanın heyətində bütün yarışlarda 37 oyuna çıxıb, iki məhsuldar ötürmə edib.

