“Barselona”nın hücumçusu Ferran Torres karyerasını harada davam etdirmək istədiyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu kataloniyalılardan ayrılmaq fikrində olmadığını bildirib.
O, “Barselona”da davam etmək üçün səbirsizlənirəm. Klubda olduğum üçün şadam, burada oynamağa davam etmək istəyirəm” deyə, açıqlama verib.
Torres 2022-ci ilin əvvəlindən “Barselona”da çıxış edir. Bu müddət ərzində o, 71 oyun keçirib, 14 qol vurub, 9 məhsuldar ötürmə edib.

