Kosova çempionatının növbəti turunun oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Elmir Tağıyevin formasına geyindiyi “Drenitsa” doğma meydanda lider “Priştina”nı qəbul edib. Görüş qonaqların qələbəsilə başa çatıb – 4:3.
Tağıyev görüşə start heyətdə başlayıb və rəqibin sonuncu qolunda kobud səhvə yol verib.
Xatırladaq ki, “Drenitsa” 11 xalla 5-ci sırada qərarlaşıb.

