“Kəpəz”dən ayrılan 25 yaşlı yarımmüdafiəçi Elmir Tağıyev legioner həyatı yaşayacaq.
İdmanxeber.az-ın məlumatına görə, o, Kosovoda yüksək liqa komandası “Dreniça” ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
“Dreniça” hazırda Superliqada 2 oyundan 4 xalla 5-ci yerdədir. Qeyd edək ki, Tağıyev əvvəllər “Səbail” və “Turan Tovuz”da da çıxış edib.

