06 İyun 2026
Ölkə futbolu

Azərbaycanlı futbolçu seçim qarşısında – 3 ölkədən təklifi var

Türkiyənin “Boluspor” klubundan ayrılan Vüsal İsgəndərli Azərbaycana qayıtmaq istəmir.

Bu barədə İdmanxeber.az saytına oyunçu özü məlumat verib. O bildirib ki, hazırda Serbiya, Albaniya və Makedoniya ölkərindən təklifi var. İsgəndərli konkret klubu adı deməsə də, yaxın günlərdə karyerası ilə bağlı qərarını verəcəyini söyləyib.

Xatırladaq ki, millimizin sabiq yarımmüdafiəçisi ötən mövsüm Türkiyə I Liqa təmsilçisi “Boluspor”un heyətində 27 oyun keçirib və 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43