06 İyun 2026
Ölkə futbolu

Azərbaycanlı hakimə UEFA-dan daha bir təyinat

FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

İdmanxeber.az xəbər verir ki, o, UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Genk” (Belçika) – “Betis” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.

Görüş oktyabrın 23-də Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43