Kateqoriyasız

Azərbaycanlı yeniyetmələr beynəlxalq turnirin mükafatçısı oldular – FOTOLAR

“Lammasya Baku” Uşaq Futbol Klubu uşaqların inkişafı və təcürbə qazanması üçün 27-29 iyun tarixlərində Antalyadaə təşkil olunan “Antalya Friendship İnternational Cup” turnirində iştirak edib.

İdmanxeber.az xəbər verir ki, yarışda “Lammasya Baku” 3 yaş qrupu üzrə – 2011, 2012, 2013-cu il təvəllüdlü uşaqlardan ibarət komandalarla mübarizə aparıb. Azər Cabbarov və İlqar Qaziyevin məşqçlik etdiyi komandalar Qazaxıstandan “Oina”, Türkiyədən “Antalyaspor”, “Qalatasaray” Futbol Okulu, “DSİspor”, “Bülent Demirspor”, “Başaranspor”, Özbəkistandan “Paxtakor”, İordaniyadan “Al Ahli”, “Heroes”, Ukrayndan “Dinamo” klubları ilə qarşılaşıb.

Qrup və yarımfinal oyunlarındakı ardıcıl qələbələrdən sonra 2012-ci il təvəllüdlü uşaqlardan ibarət komanda finalda “Oina” ilə qarşılaşmada 4:0 hesablı qələbə qazanıb. 2011-ci il təvəllüdlü futbolçulardan ibarət komanda 3-cü yer uğrunda matçda “Dinamo” (Alaniya) ilə oyundan 2:0 hesablı qələbə ilə ayrılıb. Beləliklə, “Lammasya Baku”nun 1 komandası çempion, 1 komandası isə bürünc medalçı olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43