Cənubi Azərbaycanın “Traktor Sazi” klubunun Asiya Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, Təbriz təmsilçisi bu mərhələdə Dubayın “Al Nasr” klubu ilə qarşılaşacaq.
Tərəflər arasında ilk oyun mayın 17-də Birləşmiş Ərəb Əmirliklərində, cavab qarşılaşması isə bir həftə sonra Təbrizdə keçiriləcək.
Qeyd edək ki, Təbriz klubu qrupu lider kimi tamamlayaraq bu mərhələyə yüksəlib.

