DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya ilə qarşılaşacaq millimiz bu gün sözügedən ölkəyə yollanıb.
İdmanxeber.com azerisport.az-a istinadən xəbər verir ki, Bakı-Ostrava reysi ilə hərəkət edən və AFFA rəhbərliyini, jurnalistləri, azarkeşləri, eləcə də komandamızın üzvlərini aparan təyyarədə problem yaşanıb.
Belə ki, havaya qalxdıqdan təxminən 15 dəqiqə sonra bələdçi təyyarədə texniki qüsur olduğu üçün – geriyə Bakıya qayıtmalı olduğunu bildirib. Amma yanacaq bakı tam dolu olduğundan təyyarə hava limanına enə bilməyib. Bir müddət havada fırlanan təyyarədəki nasazlığı nəhayət ki, aradan qaldırmaq mümkün olub. Belə olan halda təyyarə Ostrava hava limanına gecikmə ilə çatıb.