İdman

Azərbaycanın 3 qat dünya çempionu vəfat etdi

Poverliftinq idman növü üzrə 9 qat Azərbaycan, 3 qat Avropa və dünya çempionu Zərdüşt Həsrətov dünyasını dəyişib.

İdmanxeber.com xəbər verir ki, bu barədə idmançının yaxın dostları sosial şəbəkədə yazıblar.

Məlumata görə, 23 yaşlı idmançı ötən gün evdə tək olub, səhhətində qəfil problem yaranıb.

Onun ürəyinin dayandığı ehtimal olunur. Məsələyə tibbi ekspertizanın nəticələrindən sonra aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43