İdman

“Azərbaycanla oyuna hazırıq” – San Marinonun kapitanı

San Marino yığmasının kapitanı Matteo Vitayoli də həm oyun, həm də karyerası barədə danışıb.

İdmanxeber.com-un məlumatına görə, o bildirib ki, hazırda oyunçu olaraq ən yaxşı dövrünü yaşayır.

Vitayoli kapitan seçildiyi üçün qürur duyduğunu bildirib:

“Arxada qalan il, istər klub, istərsə də yığma baxımından karyeramın ən yaxşı, ən güclü ili oldu. Üstəlik, millimin kapitanı təyin olundum. Bununla qürur duyuram. Karyeramın zirvəsindəyəm, bunu da yığmama üçün istifadə etməyə çalışacam. Hər seçmə mərhələnin başlanğıcı eynidir. Rəqibin kimliyindən asılı olmayaraq, hamı eyni xətdən, eyni xal ehtiyatı ilə başlayır. Azərbaycanla oyuna hazırıq. Çətin olacağını bilirik, ancaq əllərimizi də yana salmırıq. Meydana qələbə üçün çıxacağıq”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43