27 İyul 2026
Kateqoriyasız

Azərbaycanlı hakimin körpəsi təcili Moskvaya aparılmalıdır (FOTOLAR)

FİFA referimiz Orxan Məmmədov xoşagəlməz halla üz-üzə qalıb.

İdmanxeber.com-un məlumatına görə, onun 10 aylıq oğlu Nemət 4 dəfə Bakıda müalicə olunsa da, körpəni sağaltmaq mümkün olmayıb.

Nəticədə beyin ağrısı olan və başına su yığılan uşağın təcili Moskvaya aparılması məsləhət görülüb. Lakin bunun üçün müəyyən məbləğə ehtiyac var ki, buna da gənc hakimin durumu imkan vermir.

Hazırda bu məqsədlə Orxan Məmmədov bu gün Bank of Bakuda hesab açdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43