22 İyul 2026
Ölkə futbolu

Bakı klubu daha bir variantı nəzərdən keçirir – SON DƏQİQƏ

Azərbaycan II Liqa təmsilçisi “Şəfa” özünə yeni məkan axtarır. Klub rəhbərliyi daha öncə “ASK Arena”da məskunlaşmaq istəsə də, müxtəlif səbəblərdən bu mümkün olmadı.

Ancaq rəhbərlik paytaxtda yerləşməkdə israrcıdır. Klub hazırda fəaliyyətini dayandırmış “Rəvan” klubunun bazasını gündəminə alıb.

Bakı təmsilçisi bunun üçün müvafiq addımlar atıb. Əgər qarşı tərəflə razılıq əldə olunsa, “Şəfa” həmin məkanda məskunlaşacaq.

Xatırladaq ki, klub I Liqaya vəsiqəni təmin edib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43