“Barselona” yay transfer dönəmində Qabriel Martinellini transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi futbolçu üçün hərəkətə keçəcək. Rəhbərlik futbolçuya görə 45 milyon avro təklif etməyə hazırdır.
“Arsenal” isə hücum xəttində planlaşdırılan dəyişikliklər üçün vəsait toplamaq məqsədilə braziliyalı futbolçunun satışını nəzərdən keçirir. Yayda tərəflər arasında danışıqlar start götürəcək.

