26 İyun 2026
Ölkə futbolu

“Burada “sarı” doğru qərar deyil” – Türkiyəli sabiq FİFA referisi

Misli Premyer Liqasının 30-cu turunda “Turan Tovuz” doğma meydanda “Sabah”ı qəbul edib. Qarşılaşma 2:1 hesabı ilə ev sahibinin qələbəsilə başa çatıb.

Matçın birinci hissəsində qonaqlar azlıqda qalıb. “Sabah”ın futbolçusu Pavel Safranko rəqibinə müdaxiləsi səbəbindən ikinci sarı vərəqədən “qırmızı” alıb. Oyunun baş hakimi Elçin Məsiyev epizoda dərhal reaksiya verməsə də, sonradan referi futbolçunu meydandan qovub. 

Baş hakimin qərarının doğru olub-olmadığını müəyyən etmək üçün türkiyəli sabiq FİFA referisi Deniz Ateş Bitnelə müraciət etdik.

İdmanxeber.az / Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43