Dünya futbolu

“Barselona” çəkildi, “Liverpul”a gedir

”Sportinq”in baş məşqçisi Ruben Amorim Avropanın nəhəng klublarının diqqət mərkəzindədir.

İdmanxeber.az “Sport” nəşrinə əsasən məlumat verir ki, “Barselona” komandanı portuqaliyalı mütəxəssisə etibar etməyəcək. Amorimin növbəti mövsümdən etibarən “Liverpul”da çalışacağı gözlənilir.

2020-ci ildən bəri “Sportinq”də çalışan 39 yaşlı baş məşqçi 2021-ci ildə komandanı Portuqaliya çempionu etməyi bacarıb.

Xatırladaq ki, Amorimi istəyən komanda Lissabon klubuna 15 milyon avro ödəməlidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43