Dünya futbolu

“Barselona” Fati barədə qərarını verdi

“Barselona” bu yay Ansu Fatini satmağı düşünür.

İdmanxeber.az-ın məlumatına görə, klub maliyyə yükündən qurtulmaq üçün futbolçuya gələcək təklifləri dəyərləndirəcək. Fati Kataloniya klubundan ayrılmaq istəmir.

O, hələ də özünü sübut edib və potensialını ortaya qoya biləcəyinə əmindir. Ancaq rəhbərlik onu satmağa məcburdur. 

İspaniyalı futbolçu bu mövsüm La Liqada 4 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43