Dünya futbolu

“Barselona” “Mançester Siti”nin müdafiəçisini alır

Juan Kanselu karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, hazırda icarə əsasında “Bavariya”da çıxış edən oyunçu Almaniya klubunda qalmayacaq. Bundesliqa təmsilçisi Kanselonu gələcək planlarına daxil etməyib.

Müqavilə ilə “Mançester Siti”yə məxsus müdafiəçi “Barselona”nın diqqət mərkəzindədir. Portuqaliyalı futbolçu özü də “şəhərlilər”dən ayrılmaq istəyir.

Buna səbəb komandada əsas heyətə düşə bilməməsidir. Kataloniya təmsilçisinin yayda Kanselunu rəngələrinə bağlaması gözlənilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43