“Barselona” Markus Reşfordu komandada saxlamaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu ingiltərəli vinger üçün “Mançester Yunayted”ə 22 milyon avroluq təklif göndərib.
Lakin “qırmızı şeytanlar” icarə müqaviləsində göstərilən 30 milyon avroluq satınalma məbləğində israrlıdır.
Tərəflər arasında danışıqlar davam edir.
28 yaşlı futbolçu bu mövsüm “Barselona”da 29 oyunda 8 qol və 11 assistlə çıxış edib.

