“Barselona” baş məşqçisi Xavi Hernandeslə müqavilə uzatmaq niyyətindədir.
İdmanxeber.az “Diario Sport”nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi gənc mütəxəssisə 2025-ci ilə qədər sözləşmənin uzadılmasını təklif edəcək.
Rəhbərlik “Real” oyunu sonrası Xavi ilə görüşməyi planlaşdırır. Klub rəhbəri Xuan Laporta “Barselona”nın bu il La Liqanı qazanıb-qazanmamasından asılı olmayaraq, 43 yaşlı mütəxəssislə tərəfdaşlığını uzatmaq istəyir.
O, məşqçinin işindən çox razıdır.
Xavi cari mövsüm “Real”a qalib gələrək, İspaniya Super Kubokunu qazanmağa bacarıb. “Barselona” hazırda La liqada ilk sıradadır.

