Dünya futbolu

“Real”ın stadionunda nəyəsə ümid etmək olmaz” – Yurgen Klopp

“Liverpul” Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizə dayandırıb.

İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi “Real”a cavab oyununda da məğlub oldu (2:0). Görüşün ardından komandanın baş məşqçisi yurgen Klopp qarşılaşma barədə fikirlərini bildirib:

“Əgər daha da irəli getmək istəyirsənsə, ilk oyunda (2:5) yaxşı nəticə qazanmalıydın. Onda müstəsna oyun göstərmək lazım idi, amma bacarmadıq. “Real” çox yaxşı çıxış etdi. Alisson iki dəfə bizi qoldan xilas etdi.

Nə istədiyimiz deyil, nə əldə etdiyimiz önəmlidir. Belə matçlarda şans yaratmaq lazımdır. İlk hissədə qol vursa bilsyədik, lazım olan sürəti əldə edə bilərdik. Ümumi 4 hissənin üçündə rəqib bizdən daha yaxşı idi.

Evdə heç-heçə edib səfərdə belə oynasaydıq, yenə də məğlub olacaqdıq. Bu stadiona gəlib nəyəsə ümid etmək olmaz. Xüsusi oyun keçirməyə hazırlaşırdıq, amma bacarmadıq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43