Dünya futbolu

“Liverpul”un bu cəhdi onlara baha başa gəldi” – Karlo Ançelotti

“Real” Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”u turnirdən uzaqlaşdırıb.

İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi səfərdəki oyunun ardından evdə də Premyer Liqa klubunu məğlub etməyi bacarıb. Matçın ardından komandanın baş məşqçisi Karlo Ançelotti qarşılaşma barədə bunları deyib:

“Düşünürəm ki, biz yaxşı oynadıq və qələbəyə layiq idik. Sırf müdafiə olunmadıq və topla yaxşı davranmağa çalışdıq. Şanslarımız da var idi. Bu, bizim oynamaq istədiyimiz oyundur.

Rəqib davamlı bizə təzyiq etmək istəyirdi. Ancaq bu cəhdləri onlara baha başa gəldi. Modriç və Kroos bu matçda çox yaxşı oynadılar. Topu müdafiədən çıxarmağı əla bacardılar. Komandanı bəyəndim. Üç top fərqi ilə öndə idik və sürətimizi azaltmadıq.

Yaxşı oynadığımız üçün əvəzetmələri gec etdim. Bəzən belə də olur. Sonda oyunu ləngitmək üçün əvəzetmələr etmək istəyirdim. Görüşün hər dəqiqəsində yaxşı oynadıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43