27 İyul 2026
Dünya futbolu

“Barselona” “Yuventus”un hücumçusunu transfer edir

“Barselona” “Yuventus”un hücumçusu Duşan Vlahoviçlə maraqlanır.

İdmanxeber.az xəbər verir ki, müqaviləsi mövsümün sonunda bitən serb futbolçunu kataloniyalılar yayda azad agent kimi və ya qışda aşağı məbləğə transfer etmək istəyir.

Klub Robert Levandovskini əvəzləyə biləcək “top səviyyəli” hücumçu axtarır.

Qeyd edək ki, Vlahoviç bu mövsüm A Seriyasında 13 oyunda 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43