İdman

Barselonada çempion Ruud oldu

Tennis üzrə Barselonada keçirilən ATP 500 turniri başa çatıb.

İdmanxeber.az məlumat verir ki, həlledici görüşdə Kasper Ruud və Stefanos Tsitsipas qarşılaşıb. Bu dəfə Monte-Karlodan fərqli olaraq güclü tərəf norveçli Ruud olub. Xatırladaq ki, bir həftə öncə iki tennisçi arasında keçirilən Monte-Karlodakı finalı yunan tennisçi qazanmışdı.

Stefanos Tsitsipas Barselonadakı 4-cü finalında da məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43