Ölkə futbolu

“Qarabağ”la oyun öncəsi “Sumqayıt”da ciddi itki

“Sumqayıt” Azərbaycan Premyer Liqası 32-ci turunda qarşılaşacağı “Qarabağ” görüşünə ciddi itki ilə çıxacaq.

İdmanxeber.az-a verilən məlumata görə, “Kimyaçılar”ın heyətində Mehdi Cənnətov Ağdam klubuna qarşı forma geyinə bilməyəcək. Buna səbəb oyunçunun cəzalı olmasıdır.

Təcrübəli qolkiper ötən tur “Turan Tovuz”la görüşdə sarı vərəqə limitini doldurub.

Xatırladaq ki, “Sumqayıt” – “Qarabağ” görüşü aprelin 28-də, saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43