Dünya futbolu

“Nyukasl” 19 yaşlı oyunçunu transfer etmək istəyir

”Nyukasl” heyətini 19 yaşlı Din Heysenlə gücləndirmək istəyir.

İdmanxeber.az məlumat verir ki, müqaviləylə “Yuventus”a məxsus olan gənc müdafiəçi hazırda icarə əsasında “Roma”da çıxış edir. O, A Seriyasında bu mövsüm 13 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

”Nyukasl” Heysen üçün “qoca sinyora”ya 25 milyon funt-sterlinq ödəməyə hazırdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43