“Barselona”nın müdafiəçiləri Jül Kunde və Alexandro Balde İspaniya kubokunun yarımfinalının cavab oyununda “Atletiko”ya qarşı keçirilən matçda (3:0) zədələniblər.
İdmanxeber.az-ın məlumatına görə, Kundenin zədəsi yüngül – kiçik yırtıqdır və onun Çempionlar Liqasının 1/8 finalında “Nyukasl”la görüşdə oynayacağı gözlənilir.
Baldenin zədəsi isə daha ciddidir və o, bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

