28 İyul 2026
Dünya futbolu

“Barselona”nın qapıçısı qərarını verdi

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegenin gələcək karyerası ilə bağlı qərarı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı qolkiper karyerasını İspaniyanın “Jirona” klubunda davam etdirməyə yaxındır.

Tərəflər arasında danışıqlar yekun mərhələyə çatıb və yaxın günlərdə müqavilənin rəsmiləşdirilməsi gözlənilir.

Qeyd edək ki, Ter Ştegenlə İngiltərənin “Aston Villa” klubu da maraqlanırdı. Alman qapıçının “Barselona” ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43