“Benfika”nın müdafiəçisi Alvaro Karreras “Real”a keçməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər 22 yaşlı ispaniyalının Madrid klubuna 50 milyon avroya keçidi ilə bağlı razılığa gəliblər. Transfer haqqı bir neçə mərhələdə ödəniləcək.
Ötən mövsüm Karreras 52 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

