01 İyul 2026
Kateqoriyasız

“Benfika”nın müdafiəçisi millimizlə oyunda Rusiyaya kömək edə bilməyəcək

Rusiyanın U-21 yığmasının AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəyi oyun üçün açıqlanmış heyətində dəyişiklik edilib.  

İdmanxeber.com-un məlumatına görə, Portuqaliyanın “Benfika” klubunun müdafiəçisi Vitali Lısçovun adı heyətdən çıxarılıb.

Buna səbəb onun zədəsinin olmasıdır. Lısçovun əvəzində yığmaya Moskva “Spartak”ının üzvü Aleksendr Zuyev dəvət olunub.

Qeyd edək ki, Rusiya – Azərbaycan oyunu martın 24-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43