“Beşiktaş” və “Milan” Ante Rebiç transferi üçün müzakirələr aparır.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın heyətdə düşündüyü xorvat futbolçu ilə ən ciddi maraqlanan komanda “qara-qartal”dı. Rebiç keçən ay Türkiyəyə gəlmək haqda düşünməsə də, o, artıq fikrini dəyişib.
Oyunçu 2019-cu ildən “Milan”da çıxış edir. O, bu müddətdə 123 oyuna çıxıb və 29 qol vurub.

