02 İyul 2026
Ölkə futbolu

Bölgə klubundan növbəti transfer: “Şərtlərimi qəbul etdilər” – EKSKLÜZİV

“Kəpəz”in bosniya və herseqovinalı futbolçu Aldin Cayiçlə danışıqlar apardığını və maliyyə məsələsində ortaq məxrəcə gələ bilmədiyini xəbər vermişdik.

Əldə etdiyimiz məlumata görə, təcrübəli yarımmudafiəçi Gəncə təmsilçisinə “hə” deyib. Klub futbolçunun şərtlərini qəbul edib.

Bunu İdmanxeber.az-a açıqlamasında “İstanbulspor”un sabiq futbolçusu deyib:

“Kəpəz”lə danışıqlar aparırdıə. Artıq klub şərtlərimi qəbul edib. “Kəpəz”in təklifinə “hə” dedim”.

Qeyd edək ki,  30 yaşlı mərkəz yarımmüdafiəçisinin son komandası Türkiyənin “İstanbulspor” klubu olub. 

2017-ci ildən İstanbul klubunun formasını geyinən oyunçu bu müddətdə komandası ilə 116 oyunda 25 qol vurub.

Çayiç Bosniya və Hersoqovinanın U-17 və U-21 millilərində də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43