27 İyul 2026
İdman

“Böyük Dəbilqə”: “Bakıda yarışlar həmişə yüksək səviyyədə keçirilir”

Bakıda keçiriləcək Cüdo üzrə “Böyük dəbilqə” turnirinin mətbuat konfransı keçirilib.

İdmanxeber.com-un məlumatına görə, konfransda Beynəlxalq Cüdo Federasiyasının idman direktor Daniel Laskao, hakimlər kom rəhbəri Börd Axiles,  Azərbaycan yığmasının baş məqşçsi Mövlud Mirəliyev və baş katib Elmar Babanlı iştirak edib.

Hakimlər komitəsinin rəhbəri Börd Axilles:

“Öncəliklə konfransa dəvət etdiyiniz üçün təşəkkür edirəm.  Yarışın hazırlığı yüksək səviyyədədi. Bir neçə il əvvəl də Bakıda olmuşdum və həmin vaxt da yarışlardan çox razı idik. Buradaki hakimlər Rio olimpiadasında da iştirak edəcəklər. Əbu dabi və Bakıda yarışlar həmişə yüksək səviyyədə keçirilir”

Beynəlxalq Cüdo Federasiyasının idman direktoru Daniel Laskao:

“Bakıda olmağımızdan çox şadıq. Azərbaycan Cüdo Federasiyası son 15 ildə böyük inkişaf göstərib. “Böyük dəbilqə” turniri dünyada olan bütün ölkər üçün əhəmiyyətlidi. Bu yarışda bir çox olimpiya medalçıları iştirak edəcək. Azərbaycan üçün bu çox əlverişlidi ki, hər çəkidən 4 nəfər olacaq. Azərbaycan cüdo sahəsində öz inkişafını davam etdirir və artıq həm Avropa həm də Dünya çempionu olub. Biz Azərbaycan Cüdo Federasiyası böyük əziyyətini görürük. Ötən illərdən bu günə qədər böyük irəliləyişlər var. ACF və İdman naziri və yarışın bütün sponsorlarına təşəkkür edirik. Həmin sponsorların köməkliyi ilə mükəmməl yarış keçirəcəyik. Bu yarışda bizə bir çox könüllü yardımçı olub. Bundan əlavə mükəmməl yarış meydançası var.

Elmar Babanlı:

Federasiya adından sizlərə böyük təşəkkürümü bildirirəm. 4 il öncə Azərbaycana etimad göstərib Bakıda keçirilməsinə razılıq verdi. Ötən yarışlardakı uğurllara və bu yarışın da xüsusi hazırlığına əsaslanaraq əminlik bildirmək istəyirəm ki, biz etimadı doğrultmuşuq. Növbəti yarışın da Bakıda keçirilməsi üçün müqavilə imzalamağa çalışacağıq. Püşkatmanı azərbaycanlılar üçün uğurlu saymaq olar. 3 gün ərzində izləyicilər maralı yarışma izləyəcəklər. Azərbaycanda hakimlik imtahanında iki namizəd olmuşdu və hər iki namizəd imtahandan üzü ağ çıxıb. Beynəlxalq Cüdo Federasiyasının B lisenziyasını kişilərdən Mətin Rəhimli, qadınlardan Arzu Acalova qazanıb. 5 ildən sona BCF A lisenziyası üçün imtahan vermə hüququ alacaqlar və bu 5 il ərzində onlar özlərini doğrultmalıdılar.

Mövlud Mirəliyev:

Yarışa hazırlığımız yüksək səviyyədədi. Rusiyanın Kazan şəhərində Avropa çempionatında olduq. Komanda olaraq 3-cü olduq ki, bu da ilk dəfə idi. Hər həftə demək olar ki, yarışlar olur. “Böyük dəbilqə”də əsas heyət iştirak edəcək. İki nəfər zədə baxımından  iştirak etməyəcək: Elmar Qasımovvə Nicat Şıxalizadə. İdmançıların vəziyyəti yaxşıdı. Üstünlük bizdədi, ümid edirəm ki, yaxşı nəticə verəcəyik.

Sual Qadınlar üçün vayt kart veriləcəkmi?

Daniel Laskao:

Aərbaycanın vayt karta ehtiyacı yoxdu. Bu kartlar kiçik ölkələr üçün nəzərdə tutulub, Azərbaycanın çox güclü komandası var. Dorğudu Rio üçün o qədər də güclü deyil, ümid edirəm Tokyo üçün daha gözəl hazırlaşma olacaq.

Sual: Yığmanın şansları?

Mövlud Mirəliyev:

Cüdoda proqnoz çətindi. Təxmini 3-4 medal proqnozlaşdırırıq. Güclü yarış keçiriləcək. Hər idmançı reytinq xalı üçün çalışacaq. Ümid edirəm, idmançılarımız mənim təxminimdəm daha çox medal qazanar. Favoritlər əsas heyətdi – 60 73 90 kq. Xanımlardan 48 Ayşəyə inanırıq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43