Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun vurulacaq.
İdmanxeber.com-un məlumatına görə, son gündə 10 kişi idmançımız mübarizə aparır.
90 kq
Bu çəkidə Tural Səfquliyev ilk mərhələdə mərakeşli İmad Abdallaouini məğlub edib. Cüdoçumuzun növbəti rəqibi monqolustanlı Altabaqana Qantulqadır.
Birinci mərhələdən azad olan Məmmədəli Mehdiyevin rəqibi Saed Moradi (İran) – Hatem Abdel Akper (Misir) cütünün qalibi olub. Təmsilçimiz misirli cüdoçu ilə qarşılaşacaq.
Firudin Dadaşov isə ilk mərhələdəcə almaniyalı Mark Odenthala uduzub.
100 kq
Bu çəkidə artıq 3 idmançımız mübarizəni dayandırıb. Cəlil Şükürov macar Miklos Cirjeniksə, Zelim Kotsoiev Böyük Britaniyalı Benjamin Fletçerə, Kənan Əbdülxanlı isə xorvat Kumriç Zlatkoya uduzub.
Əsas medal ümidlərimizdən olan Elxan Məmmədov mübarizəyə ikinci mərhələdən qoşulacaq. Onun rəqibi BƏƏ-ni təmsil edən İvan Remarenkonu məğlub edən gürcü Beka Gviniaşvilidir.
100+ kq
Ən ağır çəkidə Ayxan Cəfərov rusiyalı Andrey Volkova, Nadir Hüseynov isə braziliyalı David Mouraya uduzub. Digər medal ümidimiz Uşanqi Kokauri ilk mərhələdə belçikalı Benjamin Harmegniesi üstələyib. Kokaurinin növbəti rəqibi ukraynalı Lakim Xammodur.

