24 İyul 2026
Dünya futbolu

Braziliya millisində ciddi itki

Braziliya millisi DÇ-2026 ərəfəsində daha bir itki ilə üzləşib.

İdmanxeber.az xəbər verir ki, “Monako”nun müdafiəçisi Vanderson sol bud əzələsindən əməliyyat olunub. 24 yaşlı futbolçu 3 ay meydanlardan uzaq qalacaq və ABŞ, Kanada, Meksikada keçiriləcək mundialda oynaya bilməyəcək.

Qeyd edək ki, “Real”ın vingeri Rodriqo da diz əməliyyatına görə dünya çempionatını buraxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43