İdman

Bu gün futzal üzrə dünya çempionatının qalibi müəyyənləşəcək

Bu gün Kolumbiyada futzal üzrə dünya çempionatının final oyunu keçiriləcək

İdmanxeber.com xəbər verir ki, həlledici görüşdə Rusiya və Argentina yığmaları qarşılaşacaq.

Final matçı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Saat 21:00-da isə dünya üçüncüsünü müəyyən edəcək oyunun start fiti səslənəcək. Bu görüşdə isə İran və Portuqaliya yığmaları münasibətlərinə aydınlıq gətirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43