28 İyul 2026
Ölkə futbolu

“Bu vəziyyətdən çıxacağımıza inanıram”

“Finala yüksəlmək istəyirdik. Hər iki oyunda da sonadək mübarizə apardıq. Məğlubiyyətin səbəbin nə olduğunu deyə bilmərəm, amma fikrimcə rəqibimiz qış fasiləsindən sonra ən yaxşı nəticə sərgiləyən komandalardandır. Hesabda geridə olsalar belə sonadək mübarizə aparırlar”.

Bu sözləri idmanxeber.az saytına “Səbail”in futbolçusu Cabir Əmirli ölkə kubokunun yarımfinal məhələsində uduzduqları “Qəbələ” oyunu (0:1) barədə danışarkən deyib. O, baş məşqçi Şahin Diniyevin rotasiya etməsi ilə bağlı bunları deyib:

“İşimiz meydanda baş məşqçinin verdiyi tapşırıqlara əməl etməkdi. Biz bir komandayıq. Düşdüyümüz bu vəziyyətdən birlikdə çıxmaq üçün əlimizdən gələni edəcəyik. Baş məşqçinin qərarlarına da hörmətlə yanaşmalıyıq. Qalib gəlmək üçün əlimizdən gələni etdik. Lakin təəssüf ki, buna nail ola bilmədik. “Qəbələ”ni təbrik edirəm və uğurlar arzulayıram.
Hər oyuna ciddi yanaşırıq. Biz bura hazırda 2-ci pillədə olan “Sabah”ı hər iki oyunda məğlub edərək gəlmişik. Hər şeyin yaxşı olması üçün var gücümüzlə çalışacağıq. Bu vəziyyətdən çıxacağımıza inanıram. Komandamız buna qadirdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43