İdman

Cavid Hüseynov kassasiya şikayətini geri götürdü

Jurnalist Rasim Əliyevin ölümü çərcivəsində həbs edilən futbolçu Cavid Hüseynov barəsində olan hökmdən verilən kassasiya şikayətini geri götürüb. 

İdmanxeber.com-un Lent.az-a istinadən yaydığı xəbərə görə, bu barədə vəkil Adəm Məmmədov məlumat verib.

O bildirib ki, apellyasiya məhkəməsinin ilkin qərarından sonra verilən şikayəti geri götürüblər: “Cavidlə məsləhətləşdik. Belə qənaətə gəldik ki, şikayətimizi götürək”.

A. Məmmədov bildirib ki, işə Bakı Apellyasiya Məhkəməsində, hakim Əhməd Həsənovun sədrliyi ilə oktyabrın 12-də baxılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43