Kateqoriyasız

“Çelsi” planlarını pozdu: finalın biletlərini azərbaycanlı uşaqlara payladılar

Almaniyanın “Ayntraxt” klubunun azarkeşləri “Çelsi”yə məğlubiyyətdəb sonra Bakıdakı finala aldıqları biletləri azərbaycanlı futbolsevərlərə paylayıb.

İdmanxeber.az-ın məlumatına görə, Frankfurt təmsilçisinin fanatları “Çelsi” ilə cavab görüşündən öncə Bakıdakı finala bilet sifariş veriblər. Lakin komandaları London səfərində uğursuz nəticə qazanması onların planını pozub.

“DW Sports” nəşrində çalışan almaniyalı jurnalist Feliks Tamsut “Twitter” hesabında “Ayntraxt” azarkeşlərinin biletlərini Azərbaycanda yoxsulluq içində yaşayan uşaqlara bağışladığını yazıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43