Dünya futbolu

“Çelsi” “Qarabağ”ın rəqibindən futbolçu transfer etdi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biri “Fiorentina” daha bir əsas heyət oyunçusunu əldən buraxıb.

İdmanxeber.com-un xarici KİV-ə istinadən məlumatına görə, müdafiəçi Markos Alonso karyerasını İngiltərədə davam etdirəcək.

 

Belə ki, “Çelsi” uzun müddətdi maraqlandığı 26 yaşlı futbolçunun keçidini reallaşdırıb. Razılığa əsasən, “zadəganlar” sol cinah müdafiəçisi üçün qarşı tərəfə 27 milyon avro ödəyəcək. Artıq Londona yollanan ispaniyalı oyunçu “Çelsi”də tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.

 

Qeyd edək ki, “Fiorentina” “Real”ın yetirməsi olan Markos Alonso 2013-cü ildə “Bolton”dan transfer etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43