26 İyun 2026
Dünya futbolu

“Çelsi” Qarnaço ilə vidalaşır

“Çelsi” Alexandro Qarnaço ilə bağlı qərarını verib.

İdmanxeber.az-ın məlumatına görə, London klubu 21 yaşlı hücumçunu satışa çıxarmağı planlaşdırır. “Zadəganlar” rəhbərliyi futbolçunun ötən il “Mançester Yunayted”dən 40 milyon avroya transferini uğurlu hesab etmir.

Qeyd edək ki, Qarnaço bu mövsüm 39 oyunda 8 qol vurub və 4 assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43