Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, bu gün son iki yarımfinalçı bəlli olub.
İspaniyada “Real” “Arsenal”ı qonaq edib. Görüş ilk oyundakı kimi qonaqların qələbəsi ilə yekunlaşıb.
“İnter” isə “Bavariya”nı öz meydanında da məğlub edərək yarımfinala vəsiqə əldə edib.
Yarımfinal mərhələsi aprelin 29-30-da və mayın 6-7-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
16 aprel
Real (İspaniya) – Arsenal (İngiltərə) 1:2
Qollar: Vinisius, 67 – B.Saka, 65. Q.Martinelli, 90+3.
İlk oyun – 0:3.
İnter (İtaliya) – Bavariya (Almaniya) 2:2
Qollar: L.Martines, 58. B.Pavar, 61 – H.Keyn, 52. E.Dayer, 76.
İlk oyun – 2:1.

