“Çelsi”nin futbolçusu Joao Feliş karyerasını Portuqaliyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, hücumçunun xidmətində “Benfika” maraqlıdır. Müqavilə ilə “Çelsi”yə məxsus olan oyunçu icarə əsasında Lissabon təmsilçisində çıxış edə bilər.
Joao Feliks 2015-ci ildə “Benfika”nın akademiyasına qoşulub.

