“Fənərbağça”nın futbolçusu Cengiz Ünder karyerasını “Beşiktaş”da davam etdirəcək.
İdmanxeber.az xəbər verir ki, 28 yaşlı cinah oyunçusu rəqib kluba icarə əsasında keçib. Müqavilə 2025/26 mövsümünün sonuna qədər qüvvədə olacaq.
Cengiz Ünder 2023-cü ilin yayında “Marsel”dən 15 milyon avroya “Fənərbağça”ya transfer olunmuşdu. O, daha əvvəl “Roma”, “Lester”, “Başakşehir” və “Los Anceles”in də formasını geyinib.

