05 İyun 2026
Ölkə futbolu

Fernandu Santuş millidən getdi – RƏSMİ 

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb. AFFA rəhbərliyi ilə portuqaliyalı mütəxəssis arasında müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Millimizi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43